» » Sonuncu Pərdə filmi olmayacaq

Yer imleri Sonuncu Pərdə filmi olmayacaq

XƏBƏRİN ADI:
Sonuncu Pərdə filmi olmayacaq
Tarix:
18-04-2019, 13:51
Baxış sayı:
159
BEĞENENLER:
  • 1
Sonuncu pərdə filmini gözləyənlər üçün bəd xəbərimiz var. Bilidiyiniz kimi "Pərdə" və "İkinci Pərdə" filmləri bir çox insanların bizlər qarışıq xoşuna gəlmişdi. Azərbaycan kinosu qeyri-adi və heç vaxt belə bir janrda çəkilməmişdir. Buna görədə, rejisser Emil Quliyev-in "Sonuncu Pərdə" filminin çəkilişlərinə başlaması haqqında məlumat verilmişdir. Lakin son müsahibədə Emil Quliyev filmin çəkilişlərini dayandırmaq məcburiyyətində qaldığını bildirdi. Səbəb haqqında Emil bəy məlumat verdi:

- Heç kəs üçün sir deyil ki, komediya janrında olan filmlər daha çox qazanc gətirir. Bu cür janrda olan filmlərin investorları eyforiyaya düşüb mənimdə filmimə yatırım etmişdilər. Onlar düşünürdülər ki, mənimdə filmlərim çoxlu qazanc gətirəcək. Amma eyforiya bitdi və üç aylıq hazırlıqdan sonra texniki heyət, aktyorlar, çəkiliş qrupu hazır olduqdan sonra, filmin çəkilişini aparmaq üçün seçilən yerlərdən sonra, çəkilişə start verməmişdən təxmini 10 gün əvvəl mənə xəbər gəldi. Xəbərdən sonra "Sonuncu Pərdə" filminin çəkilişinə start verə bilmədik. Təssüf, lakin bu həyatdı..

Digər investorlar axtarmayacaqsız sualına isə Emil Quliyev belə cavab verib.

- İnvestorları heç yerdə tapa bilmirəm. Hətta mənim son iki filmimə belə dost-tanışlar kömək edirdi! "İkinci Pərdə"-nin çəkilişi zamanı təsadüf ilə investor tapıldı, hansının ki, birinci hissə çox xoşuna gəlmişdi. Ona görədə o, ikinci hissəyə investorluq etmək qərarına gəlmişdir. Lakin üçüncü hissə üçün çətin kimsə tapılar. Amma bu o demək deyil ki, mən əlimi üzdüm. Həyat davam edir.

Xəbərin paylaşım zamanı mənbənin qeyd olunması mütləqdir.
Daniel Defo, globalfilm.ws