» » Sonuncu pərdə filmi (kadr arxası)

Yer imleri Sonuncu pərdə filmi (kadr arxası)

XƏBƏRİN ADI:
Sonuncu pərdə filmi (kadr arxası)
Tarix:
16-05-2019, 13:30
Baxış sayı:
187
BEĞENENLER:
  • 0
Əziz dostlar!

Sizə xoş xəbərimiz var :), az öncə "Sonuncu Pərdi filmi olmayacaq" xəbərində, sizə bildirmişdik ki, sorğuların birində, "Pərdə" və "İkinci Pərdə" filmlərinin rejissoru, Emil Quliyev, finans problemlərinə görə "Sonuncu Pərdə" filminin çəkilişlərini dayandırılması haqqında məlumat vermişdi. Lakin, bu yaxınlarda youtube.com portalında, yayılan kadr arxası videodan məlum oldu ki, film çəkilir. Kadrlarda başa düşmək olar ki, filmin çox hissəsi artıq çəkilib. Film şəhərimizin kinoteatrlarında yayımlandıqdan sonra isə, bizim online kinoteatrda yayımlanacaq. Sonuncu pərdə filmini izləmək istəyən hər kəsi şəhərimizin tanınmış kinoteatrlarına dəvət edirik, kinoteatrlardan acığı gələn dostlara isə səbrli olmağı arzu edirik. Çünki, dərhal sonra film bizim online kinoteatrda mövcud olacaq.

Gördüyünüz kimi film çəkilişi etmək çox çətindir, yaxşı yüksək keyfiyyətdə Azərbaycan kimi ölkədə, dram filmi çəkmək isə ondanda çətindir. Ona görə də, "Pərdə" trilogiyasının həvəskarlarına tövsiyə edərdik ki, çəkiliş qrupunun zəhməti hədər getməməsi üçün, bu tip filmlərin davamı gəlməsi üçün,  biletləri pul ilə əldə edərək, kinoteatrda izləsinlər. Buda rejisser üçün bir stimul olar. 

P.S Reklam deyil, sadəcə olaraq, Azərbaycanda belə filmlərin olmasını çox istərdik. Razılaşın ki, filmlər həqiqətən gözəl alınıb!

"Sonuncu Pərdə" Kadr arxası videosunu sizə təqdim edirik. 

Videoda göründüyü kimi bu hissədə çox qan dondurucu və emosional olacaq və 1-2 hissə kimi yüksək keyfiyyətdə çəkiləcək!

 

Pərdə 1Pərdə 2 filmlərinə baxmayan dostlara, bu filmləri seyr etməyi tövsiyə edirik! Diqqət film 18+.